[b]İslamiada: Bakıya gələcək 18 basketbol yığması məlumdu[/b]
11.03.2017 - 14:22
[b]İslamiada: Bakıya gələcək 18 basketbol yığması məlumdu[/b]

Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında basketbolun 3X3 növü üzrə təşkil olunacaq yarışlara qatılacaq yığmaların ilkin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, hələlik 20 milli komandanın paytaxtımıza gələcəyi dəqiqləşib.

 

Belə ki, qadın basketbolçuların yarışında təmsilçimizin rəqibləri Əfqanıstan, Əlcəzair, İndoneziya, Mali, Fələstin, Pakistan, Suriya, Türkmənistan və Türkiyə olacaq.

 

Kişi yığmaların mübarizəsində də 10 yığmanın adına aydınlıq gəlib. Bunlar Azərbaycanla yanaşı, Fil Dişi Sahili, İndoneziya, İran, Səudiyyə Ərəbistanı, Mali, Fələstin, Qətər, Türkmənistan və Türkiyədi. 

 

Lakin siyahıda komandaların sayının artması istisna deyil. Çünki İslamiadada qadın və kişilərdən ibarət yarışların 12 yığma arasında keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında basketbol yarışları mayın 18-21-də baş tutacaq. 

0