[b]Hamı fəxri kürsüyə bayraqla çıxdı, bizimkilər əliboş[/b]
13.03.2017 - 12:36
[b]Hamı fəxri kürsüyə bayraqla çıxdı, bizimkilər əliboş[/b]

İranın Əhvaz şəhərində ağırlıqqaldırma üzrə keçirilən II Beynəlxalq Fəcr Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi vətənə 3 medalla qayıdıb.

 

Komandamızın heyətində Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq) və Sənan Mirzəyev (85 kq) 3-cü yeri tutublar.

 

Amma onların mükafatlandırma mərasimindəki hərəkətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb. Belə ki, 3 bürünc medal qazanan ağırlıqqaldıranımızdan heç biri fəxri kürsüyə Azərbaycan bayrağı ilə qalxmayıb. Halbuki, digər mükafatçıların hamısı bu addımı atıblar.  

 

Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyadan apasport.az bildirilib ki, yığma İrana bayraqla yollanıb. Ancaq fəxri kürsüyə bayraqla çıxmaq idmançının öz istəyilədi.

 

0