[b]Olimpiya mükafatçılarımızdan master-klass - FOTO[/b]
14.03.2017 - 09:44
[b]Olimpiya mükafatçılarımızdan master-klass - FOTO[/b]

IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçməyə start veriblər. Bakı-2017-dən apasport.az saytına verilən məlumata görə, cüdoçularımız Rüstəm Orucovla Elmar Qasımov gənc idmançılarla görüşüblər.

 

Olimpiya mükafatçılarımız yeni nəslə master-klass keçməklə yanaşı, şən və maraqlı söhbətlər də ediblər.

 

Növbəti günlərdə digər idman növlərində də analoji hal yaşanacaq. 

0