SİZİN REKLAM BURADA

İslamiada: Su səhənginin marşrutu açıqlandı

Bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan səyahət marşrutu bəlli olub. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, Azərbaycanın 15 bölgəsinə səfərdən öncə təşkil olunacaq səyahət aprelin 5-də start götürəcək.

 

Marşrut Dağ Salnamə Muzeyindən başlanacaq. Ardınca təşkil olunacaq 15 bölgəyə səfər isə mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasiminin təşkilinə xidmət edəcək.  

 

İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik simvolu olan su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudu. Layihə çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri, Bakı-2017 su səhəngi ilə Xəzər dənizindən su götürəcək və öz doğma şəhər və evlərinə aparacaqlar. Bununla, IV İslam Həmrəyliyi Oyunları Xəzər gözəlliyindən, sevgisindən və paklığından hər evə bir pay verəcək.

 

37 gün ərzində 3000 km-dən artıq bir məsafənin qət olunacağı səyahət turu, Xəzər dənizindən başlayaraq, Azərbaycan ərazisində mövcud olan 15 su yerlərində keçiriləcək. Səyahət zamanı bu yerlərdən toplanan su may 12-də baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.

 

Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşam su festivalı ilə müşayiət olunacaq. Xəzər dənizinin suyu ilə doldurulmuş Bakı-2017 səhəngləri nümayişi zamanı, tədbirə pulsuz şəkildə təşrif buyuracaq hər bir vətəndaş, Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda atəşfəşanlığı izləmək imkanı qazanacaq.

 

Başlanğıcını Xəzər dənizindən götürərək, bütün Azərbaycanı əhatə edəcək marşrutun önəmindən bəhs edən Təşkilat Komitəsi ölkəmizin tarixini, mədəniyyətini, adət və ənənələrini nümayiş etdirmək üçün bu layihənin əvəzsiz rol oynadığını bildirib.

 

Qeyd olunub ki, may 12-22-də ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına təşrif buyuracaq hər bir ölkə nümayəndəsi Azərbaycandan ən xoş xatirələr ilə ayrılacaq. Təşkilat Komitəsi bildirib ki, xalqımızın qonaqpərvərliyi, tarixi və mədəniyyətinə olan sevgisi hər kəsə yaxşı bəllidi. Məhz oyunlar öncəsi regionlarımızı əhatə edəcək səyahət, onların özəlliklərini, adətlərini, tarixini, bir sözlə, Azərbaycan gözəlliklərini bütün dünyaya nümayiş etdirəcək.

 

Yeri gəlmişkən, Azərbaycan dəmirdöymə sənətinin incisi Bakı-2017 su səhəngləri, 3 ölçüdə hamar və döymə misdən hazırlanıb və ənənəvi islam dünyası səhənglərinin dizaynını özündə təcəssüm etdirir.

 

Xəzərdən başlayan səyahət aşağıdakı məkanlarda keçiriləcək: 5 aprel - Bakı; 7 aprel - Naxçıvan; 9 aprel - Astara; 11 aprel - Şirvan; 13 aprel - Sabirabad; 15 aprel - Ağcabədi; 17 aprel - Horadiz (Fizuli); 19 aprel - Gəncə; 21 aprel - Şəmkir; 23 aprel - Mingəçevir; 25 aprel - Qax; 27 aprel - Qəbələ; 29 aprel - Qusar; 1 may - Quba; 3 may - Qaradağ; 5 may - Sumqayıt.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10