[b]Samir Nasri – ikinci Zidan? - VİDEO[/b]
15.03.2017 - 22:19
[b]Samir Nasri – ikinci Zidan? - VİDEO[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan “Lester” – “Sevilya” matçındakı insidentin səbəbləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qonaqların futbolçusu Samir Nasri 74-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu.

 

Buna səbəb isə onun “tülkülər”in hücumçusu Ceymi Vardini başla vurması olub.

 

Bu gün Fransa mətbuatında yer alan xəbərlərdə qeyd edilib ki, Nasri Vardini onun ailəsini təhqir etdiyi üçün vurub. İkili arasındakı bir mübarizədə rəqibinə qarşı kobud oynayan ingilis oyunçu daha sonra onu söyüb.

 

Qeyd edək ki, bu hadisə futbolsevərlərin yadına 2006-cı ilin dünya çempionatını salıb. Almaniyada keçirilən mundialın finalında fransalı əfsanə Zinəddin Zidan italiyalı Marko Materazzini ailəsini təhqir etdiyi üçün başla vurmuş və qırmızı vərəqə ilə oyundan qovulmuşdu.

 

0