[b]“Sportinq” qələbə qazandı, Budaqdan isə xəbər yoxdu[/b]
16.03.2017 - 00:41
[b]“Sportinq” qələbə qazandı, Budaqdan isə xəbər yoxdu[/b]

Portuqaliya Sequndasında XXXII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Freamunde”ylə qarşılaşıb.

 

Zədəli olduğu üçü uzun müddətdi iştirak ərizəsndən kənarda qalan Budağa, bu dəfə də şans verilməyib. Oyun isə “Sportinq B”-nin qələbəsiylə nəticələnib - 2:0.

 

Qeyd edək ki, 32 oyundan sonra hesabında 40 xal olan Lissabon təmsilçisi 22 komanda arasında 14-cü pillədə qərarlaşıb.

0