[b]Az qala komanda yoldaşını öldürəcəkdi[/b]
16.03.2017 - 11:10
[b]Az qala komanda yoldaşını öldürəcəkdi[/b]

“Atletik”in düşərgəsində qorxulu anlar yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, komandanın qapıçısı Aleks Ramiro ölümdən dönüb.

 

Maraqlıdı ki, hadisə bilbaoluların məşqi zamanı baş verib. Belə ki, hücumçu İnyaki Uilyamsın qüvvətli zərbəsi zamanı top gənc qolkiperin başına tuş gəlib. Yerə yıxılaraq huşunu itirən Ramiroya ilkin tibbi müdaxiləni klubun həkimləri ediblər. Dərhal xəstəxanaya aparılan qapıçının beyin travması keçirdiyi məlum olub. Futbolçular da məşqi yarımçıq qoyaraq, xəstəxanaya yollanıblar.

 

Qeyd edək ki, Aleks Ramiro “Atletik”in 3-cü qapıçısıdı.

 

0