[b]Azərbaycan – Moldova oyunlarının vaxtı açıqlandı[/b]
16.03.2017 - 11:13
[b]Azərbaycan – Moldova oyunlarının vaxtı açıqlandı[/b]

Azərbaycan və Moldova futzal yığmalarının yoxlama oyunlarının başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan yığmamız rəqibi ilə martın 29-da və 30-da qarşılaşacaq.

 

Hər iki matç Bakı İdman Sarayında keçiriləcək. Qarşılaşmalar saat 18:30-da başlayacaq.

 

Qeyd edək ki, yığmamızın oyunları “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.

0