[b]“Neftçi” cərimələndi[/b]
16.03.2017 - 11:38
[b]“Neftçi” cərimələndi[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

 “Qəbələ” ilə matçın 83-cü dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün “Neftçi” 800 manat cərimə olunub.

 

İntizam Komitəsinin iclasında I divizionla da bağlı qərarlar qəbul olunub. “Energetik” klubunun baş məşqçisi Sahib Qocayev texniki zonadan 5 oyunluq uzaqlaşdırılıb. Buna Qocayevin XIX turda “Ağsu” ilə matçın 90+3-cü dəqiqəsində hakimlər briqadasını təhqir etməsi səbəb olub. Baş məşqçi aldığı cəza ilə yanaşı, “Energetik”i 400 manat ziyana salıb.

0