[b]“Milan” “Real”ın təklifini qəbul etmədi[/b]
16.03.2017 - 13:48
[b]“Milan” “Real”ın təklifini qəbul etmədi[/b]

“Milan”ın qapıçısı Canluici Donnarummanı heyətinə qatmaq istəyən Madrid “Real”ının istəyi baş tutmayıb. Apasport.az saytı “Corriere dello Sport” nəşrinə istinadən xəbər verir ki, “rossonyerlər” təklifi qəbul etməyiblər.

 

“Milan” rəhbərliyi 18 yaşlı qolkiperi satmaq haqda düşünmür. Buna görə də, italyanlar İspaniya təmsilçisinə “yox” cavabını veriblər. “Qırmızı-qaralar” Donnarumma ilə yeni müqavilə imzalamağa hazırlaşırlar. Tərəflər arasında anlaşmanın 2020-ci ilə qədər uzadılması qərara alınıb.

 

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Donnarumma 2015-ci ildən əsas komandanın formasını geyinir. 

0