[b]AFFA rəsmisinə yeni təyinat[/b]
17.03.2017 - 11:18
[b]AFFA rəsmisinə yeni təyinat[/b]

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz martın 27-dən aprelin 1-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

 

Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq.

 

Mənbə: affa.az

0