[b]FİFA reytinqində sıçrayış şansı[/b]
17.03.2017 - 14:05
[b]FİFA reytinqində sıçrayış şansı[/b]

Apreldə açıqlanacaq FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşıda DÇ-2018-in seçmə mərhələsinin görüşləri, həmçinin yoxlama oyunları olduğundan yığmaların təxmini cədvəli deyil, hər komandanı gözləyən variantlar müəyyənləşib.

 

Yəni bütün milli komandaların maksimum yüksələ biləcəyi və yuvarlanmaq ehtimalı olduğu mövqe bəlli olub. Azərbaycan millisi üçün ən yaxşı və ən pis nəticələrə aydınlıq gəlib.

 

Almaniya ilə martın 26-da keçiriləcək seçmə oyunu millimizə ciddi təsir edəcək. Hazırda 380 xalla planetin 89-cusu olan Robert Prosineçkinin yetirmələri ən yaxşı halda 548, ən pis vəziyyətdə isə 386 xala malik olacaq. Yəni qələbə 168, məğlubiyyət isə 6 xal qazancı ilə nəticələnəcək. Çünki komandamız artıq bu ay Qətərlə keçirdiyi görüşdə qalib gəlib – 2:1.

 

Hadisələrin ən yaxşı axarı millimizə rekord vəd edir. Komandamız qalib gəlsə, qonşu pillələrdəkilərin nəticələri münasib olsa, 61-ci yerə qədər irəliləmək mümkündü. Məğlubiyyət və əsas rəqiblərimizin qələbələri isə ən pis halda 92-ci yerə düşməklə nəticələnəcək.

0