[b]Almaniya üçün "26-lar"[/b]
17.03.2017 - 15:08
[b]Almaniya üçün "26-lar"[/b]

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki 26 futbolçuya dəvət göndərib.

 

“İnter”in qapıçısı Səlahət Ağayev zədəli olduğu üçün millidən kənarda qalıb. Onun yerinə AZAL-ın qolkiperi Aqil Məmmədov dəvət alıb. Xorvatiyalı mütəxəssis sevimli oyunçularından olan Arif Daşdəmirova bu dəfə ehtiyac duymayıb. Onu isə “Qəbələ”nin üzvü Ürfan Abbasov əvəz edib.

 

“Ayntraxt”ın hücumçusu Renat Dadaşov ilk dəfə əsas millimizə dəvət alıb. Qətərlə yoxlama görüşündə iştirak edən Rauf Əliyev isə bu dəfə siyahıya düşməyib.

 

Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Aqil Məmmədov (AZAL)

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov (hər ikisi  “Qəbələ”)

Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev (hər ikisi “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”), Əfran İsmayılov (“Qarabağ”)

Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov ("Ayntraxt”, Almaniya), Dəniz Yılmaz (“Bursaspor”, Türkiyə)

 

Qeyd edək ki, martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

 

0