[b]Fövqəladə Hallar Nazirliyinin ən güclüləri müəyyənləşdi[/b]
17.03.2017 - 15:22
[b]Fövqəladə Hallar Nazirliyinin ən güclüləri müəyyənləşdi[/b]

Fövqəladə Hallar Nazirliyinin (FHN) stolüstü tennis üzrə keçirdiyi çempionat bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan 2 günlük yarışda 19 komandanın 60-a yaxın idmançısı gücünü sınayıb.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında dairəvi sistemlə təşkil olunan çempionatda həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyənləşib.

 

Komanda hesabında Dövlət Yanğından Mühafizə Xidməti birinci yeri tutub. İkinci pillədə Xüsusi Riskli Xilasetmə Xidmətinin tennisçiləri qərarlaşdıqları halda, “üçlüy”ü Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qapayıb.

 

Şəxsi yarışlarda Emil Britvin (Mülkü Müdafiə Qoşunları) qızıl medala layiq görülüb. O, finalda Səfər Quliyevdən (Şimal-qərb RM) güclü olub. Üçüncü yeri isə Faiq Nəcəfli (FHN Akademiyası) tutub.

 

Mükafatçılara medal və qiymətli hədiyyələr verilib. 

0