[b]“Lokomotiv”in borcları ödənildi[/b]
17.03.2017 - 16:43
[b]“Lokomotiv”in borcları ödənildi[/b]

“Lokomotiv” voleybol klubunun borcları ödənilib. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandanın sabiq əcnəbi oyunçuları, məşqçiləri və işçilərinə çatacaq məbləği onların hesabına köçürüb.

 

Bununla da Avropa Voleybol Konfederasiyasına edilən şikayətlər təmin olunub. Artıq nə də klublarımızı, nə də federasiyanı hansısa cəza gözləmir.

 

Qeyd edək ki, komandanın 800 min avroyadək borcu vardı. 

0