[b]Vieyraya şərik olan azərbaycanlı və debütant[/b]
18.03.2017 - 11:38
[b]Vieyraya şərik olan azərbaycanlı və debütant[/b]

Azərbaycan millisinin Almaniya ilə qarşılaşma üçün çağırılan heyətinin statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 26-dakı görüşə dəvət edilən 26 oyunçudan 25-i əvvəllər də əsas komandada forma geyinib.

 

Yalnız 18 yaşlı Renat Dadaşov Bundetsimlə Bakıdakı görüşdə debüt imkanı qazanacaq.

 

Oyunçular arasında rekord isə Rəşad Sadıqova məxsusdu. Hesabında 106 matç olan 35 yaşlı müdafiəçi 107-ci oyununa çıxa bilər. Bununla da kapitan millidə ən çox matç keçirən futbolçuların dünya sıralamasında 263-cü yerə şərik olacaq. Sadıqov 107 qarşılaşma keçirən 8 futbolçuya qoşulacaq. Onlar arasında Patrik Vieyra, Eşli Koul kimi tanınmış simalar da var.

 

Millimizin digər üzvlərindən Ruslan Abışov 50-ci, Bədavi Hüseynov 40-cı dəfə yığmanın heyətində meydana çıxa bilər.

 

futbolçu

oyun

qol

Rəşad Sadıqov

106

4

Kamran Ağayev

64

-97

Rahid Əmirquliyev

53

3

Ruslan Abışov

49

4

Cavid Hüseynov

47

2

Maksim Medvedev

40

1

Elvin Məmmədov

37

7

Əfran İsmayılov

32

2

Qara Qarayev

30

0

Bədavi Hüseynov

29

0

Dmitri Nazarov

22

5

Araz Abdullayev

21

1

Ruslan Qurbanov

16

1

Məhəmməd Mirzəbəyov

14

0

Ağabala Ramazanov

11

1

Namiq Ələsgərov

7

0

Tərlan Quliyev

7

1

Eddi İsrafilov

7

0

Anar Nəzirov

4

-2

Ramil Şeydayev

4

0

Pavel Paşayev

3

0

Ürfan Abbasov

2

0

Emin Mahmudov

2

0

Aqil Məmmədov

1

0

Dəniz Yılmaz

1

0

Renat Dadaşov

0

0

 

0