[b]"Kəpəz" 2 qol vursa...[/b]
18.03.2017 - 12:42
[b]"Kəpəz" 2 qol vursa...[/b]

Azərbaycan Premyer Liqasının XXIII turunda "Sumqayıt"ı qəbul edəcək "Kəpəz" təkcə autsayderlər zonasından uzaqlaşmağı düşünmür. Apasport.az saytının məlumatına görə, gəncəlilər həm də uğurlu seriyanı davam etdirməyə çalışacaq.

 

Belə ki, "Sumqayıt" indiyə qədər Gəncədə qalibiyyət üzü görməyib. 2011-ci ildən bəri Premyer Liqada üz-üzə gələn tərəflər Gəncədə indiyə qədər 7 dəfə qarşılaşıblar. Bunun 3-də meydanı məğlub tərk edən "gənclik şəhəri" təmsilçisi 4 dəfə səfərdə 1 xal qazanmaqla kifayətlənib.

 

Ancaq digər tərəfdən cari mövsüm "Kəpəz" rəqibi ilə duellərdə qələbə üzü görməyib. İlk iki dövrədə komandalar xalları yarı bölüblərsə, III dövrədə "Sumqayıt" rəqibini əliboş yola salıb.

 

Əgər "Kəpəz" bu gün 2:0 hesablı qələbəyə sevinsə, o zaman tərəflər arasında bütün göstəricilər bərabərləşəcək. Çünki geridə qalan 15 qarşılaşmanın 4-də qalib gələn gəncəlilər 5 dəfə meydanı başıaşağı tərk ediblər, 6 matçda isə "sülh" bağlanıb. Top fərqində də "Sumqayıt" 2 qol öndədi - 20:18.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Sumqayıt" görüşü saat 16:00-da başlayacaq.

0