[b]"Zirə" - "Qarabağ": yenə 0:2?[/b]
18.03.2017 - 17:54
[b]"Zirə" - "Qarabağ": yenə 0:2?[/b]

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək "Zirə" - "Qarabağ" oyunu öncəsi qonaqların aşkar üstünlüyü diqqət çəkir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi hələ də rəqibinə məğlub olmayıb.

 

2015-ci ildən Premyer Liqada iştirak edən "Zirə" geridə qalan 2 il ərzində "Qarabağ"a 7 dəfə rəqib olub. Bunun yalnız 1-də - 2015-ci il, dekabrın 13-də qolsuz bərabərliyə sevinən paytaxt təmsilçisi digər qarşılaşmaların hamısında məğlubiyyətə düçar olub.

 

Maraqlısı burasındadı ki, tərəflər arasında baş tutan son 5 matçın hamısında "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib. "Zirə" güclü rəqibini sonuncu dəfə tərəflərin ilk duelində meydanın mərkəzinə dəvət etməyi bacarıb. Yəni Qurban Qurbanovun yetirmələri il yarımdı ki, bakılıların üzünə qapısını "bağlayıb".

 

Qeyd edək ki, sabah keçiriləcək "Zirə" - "Qarabağ" matçı saat 18:30-da başlayacaq.

 

0