[b]80 illiyin rəmzi yığması[/b]
18.03.2017 - 19:37
[b]80 illiyin rəmzi yığması[/b]

Bu gün 80 illik yubileyini qeyd edən “Neftçi” azarkeşləri “İnter”lə Premyer Liqanın XXIII turunun matçında maraqlı banner qaldırıblar. Apasport.az saytının məlumatına görə, fanatlar 1937-ci ilıdə yaranan klubun 80 illiyinin rəmzi yığmasını tərtib edib.

 

Bu 11 oyunçunun da adı bannerlərdə əks olunub. Komanda 1949-ci ildəki forma ilə meydana çıxıb və matç SSRİ dövründəki futbol himninin sədaları ilə başlayıb.

 

Belə ki, tribunada “ağ-qaralar”ın tarixi ərzində ən yaxşı “11”-liyinin əks olunduğu böyük plakat açılıb. Plakatda “dream team” (arzuların komandası) yazılıb. Bundan başqa, azarkeşlər “Biz varkən yıxılmaz “Neftçi”, “Aşiqik cümlə aləm bilsin”, “Neftçi” üçün biz ölərik, siz döyüşün”, “Xəyallarımızla deyil, ürəyinizlə oynayın” və s. sözlər yazılmış plakatlar açıblar. 

 

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu da saat 19:37-də başlayıb.

0