[b]Şeydayev 16 dəqiqə oynadı, 3 xala sevindi[/b]
18.03.2017 - 20:50
[b]Şeydayev 16 dəqiqə oynadı, 3 xala sevindi[/b]

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Slovakiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu XXIV turun “Jilina” – “Rujomberok” qarşılaşmasında iştirak edib.

 

Milliləşən legioner görüşün 74-cü dəqiqəsində meydana çıxıb. Hesab 2:0 olarkən komanda yoldaşı Mrazı əvəzləyən Ramil daha iki qol görüb. Təmsilçimizin komandası ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1.

 

Qeyd edək ki, “Jilina” 22 oyundan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb.

 

“Kəpəz”in futbolçusu Şəhriyar Rəhimovun seriyası qırılacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının arxada qalan 23 turunda komandası üçün əvəzolunmaz sayılan futbolçu qarşıdakı oyunu buraxacaq.

 

Buna onun cəzalı duruma düşməsi səbəb olub. “Sumqayıt”la XXIII turun matçında (1:0) aldığı sarı vərəqə Şəhriyar üçün mövsümdə 4-cü olub.

 

Maraqlıdı ki, Rəhimov vərəqələrdən ikisini “Neftçi”, ikisini “Sumqayıt”la görüşlərdə alıb. Bu isə onun növbəti turda oynamasına “qırmzı işıq” yandırıb. Futbolçu “Qarabağ”la səfər matçında “Kəpəz”ə kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Rəhimov 23 turun bütün matçlarında 90, ümumilikdə 2070 dəqiqə meydanda olub.

0