SİZİN REKLAM BURADA

“Məsləhət görərdim ki, az danışsın” – Elxan Abdullayev

Azərbaycan Premyer Liqasının 23-cü turunda evdə “İnter”i məğlub edən (2:1) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin sallarını cavablandırıb. Apasport.az xəbər verir ki, Abdullayev öncə oyunla bağlı fikirlərini bildirib.

 

“Bütün “Nefçi” sevərləri təbrik edirəm. Bu gün xoş gündü. Stadionda gözəl atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. O ki qaldı oyuna, komandamı təbrik edirəm. Futbolçular bu gün meydanda canlarını qoydular. Tam üstünlük bizdə idi. Məncə, layiqli qələbə qazandıq”.

 

- Artıq ikinci oyundu “Neftçi” bir top fərqiylə qələbə qazanır. Bu qollar da birinci hissəəd vurulur. Sanki “Neftçi” ikinci hissədə bir qədər rahatlaşır. Avrokuboklarda rəqiblər bu cür şeyləri bağışlamırlar...

- Bu, futboldu. Biz qol vuranda oyun çətinləşir. Bu gün rəqibə heç-heçə də sərf edirdi. Qol vurduqdan sonra rəqib irəli çıxdı, bunun da nəticəsində 2-ci qolu vurduq. Təəssüf ki, dərhal qol buraxdıq. Bəlkə də, o qolu buraxmasaydıq, hesab daha da böyük olardı. İndidən avrokubok barədə düşünmürəm. İndi məni düşündürən yalnız “Qarabağ”la kubok oyunudu.

 

- Bu, sizin istədiyiniz “Neftçi”di? Bir də, qapıçı Boyan Baykoviçin çıxışından razısız?

- Bu komandanı mən yığımışam. Bilirəm, bu komandadan nə gözləmək olar. Ancaq pillə-pillə irəliləmək lazımdı. Əvvəlki komandaya baxanda, indiki qat-qat yaxşıdı. Ancaq hələ tam razı deyiləm. Qolda qapıçıda səhv görmürəm. Baykoviçdən tam razıyam. O qapıda duranda tam arxayın oluram. Təcrübəli qapıçıdı, o, öz təcrübəsiylə komandaya çox kömək edir.

 

- Bu gün komandanın müdafiəsində itki olsa da, Jayroya yox, yarımmüdafiəçi Ruslan Abışova şans verdiz. Demək olar ki, Jayro komandadan göndəriləcək?

- Yox. Ruslan Abışovun əsl mövqeyi dayaq yarımmüdafiəçisi yox, mərkəz müdafiəçisidi. O, dəfələrlə bu mövqedə oynayıb.

 

- Millinin oyunuyla bağlı çempionatda fasilə yaranacaq. Komanda yaxşı forma yığıb. Bu fasilə komandaya nə dərəcədə təsir edə bilər?

- Mən özüm də millidə çalışıram. Əvvəllər mən millidə olanda, sonradan “Neftçi” məğlub olanda hamı mənim üzərimə düşürdü ki, məğlubiyyətdə səbəb budu. Ancaq bu, səbəb deyil axı. Mən milliylə Qətərdə idim. Ancaq qayıdan sonra “Qəbələ”ni məğlub etdik. Biz Almaniya kimi komandayla oynayacağıq. Bizim komandadan 2 nəfər millidə olacaq. Bəzi oyunçularımız da U-21-in düşərgəsində olacaq. Digər oyunçular isə plan üzrə hazırlaşacaq. Gəlib baxa bilərsiz. Bayramla bağlı 3 günlük istirahət veriləcək. Fasilə bizdən asılı məsələ deyil axı.

 

- Siz həm də millidə çalşırsız. Prosineçkinin oyun fəlsəfəsi barədə məlumat verə bilərsiz?

- Nizami Hacıyev çox tərbiyəli futbolçudu. Mən ona məsləhət bilərdim ki, az danışsın. Bu barədə o özü danışmamalıdı. Oynayır, onsuz da, buna görə təriflənir. Çağırılmamasına gəldikdə isə bu, Prosineçkinin qərarıdı. Mən onun başında nə olduğunu bilmirəm axı. O, heç vaxt deməyib ki, Nizami pis futboçudu. Sadəcə, deyib ki, oyunumuza uyğun deyil.

 

- Bəs sizin necə? Nizami sizin oyun fəlsəfənizə uyğundu?

- Bu suala cavab verə bilmərəm. İndi ad çəkmək düzgün olmaz.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220