[b]Liderlərdən xal itkisi - YENİLƏNİB[/b]
19.03.2017 - 20:23
[b]Liderlərdən xal itkisi - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son iki oyununun heç birində qalib müəyyənləşməyib.

 

Son gün “AZAL Arena”da başlayıb. Çempionatın autsayderi olan AZAL liderliyi qaytarmağa iddialı “Qəbələ”ni qəbul edib. 8 matçdı qələbə həsrətində olan Tərlan Əhmədovun yetirmələri ilk dövrədəki kimi rəqibini büdrətməyi bacarıb. Görüşdə hesabı qonaqlar açsalar da, son dəqiqələrdə Kvirtiyanın vurduğu qol "təyyarəçilər"ə bir xal qazandırıb.

 

Tura Zirədə yekun vurulub. Çempionatın lideri “Qarabağ” özü üçün asan rəqib olan “Zirə”nin qonağı olub. Ardıcıl 4-cü çempionluq iddiasında olan əyalət klubu gözlənilmədən "Zirə" ilə heç-heçə edib. Meydan sahibləri matçın gedişində azlıqda qalsa da, Qurban Qurbanovun komandası təxminən yarım saat ərzində 10 nəfər qalmış rəqibinin qapısına yol tapa bilməyib. 

 

Azərbaycan Premyer Liqası

XXIII tur

19 mart (bazar)

 

“Zirə” – “Qarabağ” - 0:0

Qırmızı vərəqə: Latifu, 67 ("Zirə")

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 11. Viktor İqbekoyi, 20. Sezar Meza Kolli, 10. Elvin Məmmədov (k), 7. Amadu Sanqar, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 26. Georgi Qorozia, 17. Vüsal İsgəndərli, 9. Nurlan Novruzov, 87. Müşfiq İlyasov 
Baş məşqçi: Ayxan Abbasov

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 5. Maksim Medvedev, 15. Rahid Əmirquliyev, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov
Baş məşqçi: Qurban Qurbanov

 

 

AZAL – “Qəbələ” - 1:1

Qollar: Kvirtiya, 90 - Tellur Mütəllimov, 52

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
“AZAL Arena”

 

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 70. Vaqif Cavadov, 6. Bəxtiyar Soltanov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 55. Qeyrət Qənbərov, 21. Samir Məsimov, 16. Feyzi Aşkan, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 11. Frank Madu
Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 34. Urfan Abbasov (k), 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 32. Rəşad Eyubov, 77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk

 

 

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6.

Sumqayıt

23

6

7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

AZAL

23

1

7

15

10-37

10

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.

 

0