[b]Timsah futbolçunu yedi – Afrikada[/b]
19.03.2017 - 15:52
[b]Timsah futbolçunu yedi – Afrikada[/b]

Mozambikli futbolçu Estevano Alberto Jino faciəvi şəkildə həlak olub. Apasport.az saytının məlumatına görə, 19 yaşlı oyunçu timsah hücumu nəticəsində vəfat edib.

 

Həvəskarlar çempionatında çıxış edən “Atletiko Mineyro de Tite”nin formasını geyinən gənc futbolçu Zambezi çayının kənarı ilə qaçarkən yırtıcının hücumuna məruz qalıb.

 

Klubun baş məşqçisi Edi Karvalyo bildirib ki, həmin vaxt komanda məşq edirmiş: “Yoldaşları Estevanonun qışqırığını eşidib köməyə qaçsalar da, heç nə edə bilməyiblər. Çünki, timsah 5 metr uzunluğunda imiş”. 

0