[b]“Qəbələ”: Bir oyuna iki yubiley[/b]
19.03.2017 - 19:25
[b]“Qəbələ”: Bir oyuna iki yubiley[/b]

Azərbaycan Premyer Liqasının XXIII turu “Qəbələ”də iki əlamətdar hadisə ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, AZAL-la səfər qarşılaşması (1:1) “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub.

 

Ukraynalı qolkiper komandanın heyətində 100-cü matçı keçirib. 2015-ci ilin yanvarından “Qəbələ”də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla “Qəbələ”də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda – 99 oyun keçirmişdi.

 

mövsüm

turnir

O

D

Q

SV

QV

2014/15

çempionat

15

1304

-7

0

1

2014/15

kubok

2

180

-3

0

0

2015/16

UEFA Avropa Liqası

12

1080

-11

1

0

2015/16

çempionat

28

2437

-16

0

0

2015/16

kubok

4

390

-4

0

0

2016/17

Avropa Liqası

14

1260

-21

0

0

2016/17

çempionat

23

2070

-13

0

0

2016/17

kubok

2

180

-1

0

0

 

Cəmi

100

8901

-76

1

1

 

AZAL-la oyunda “Qəbələ”nin yeganə qoluna imza atan Tellur Mütəllimov da klubun tarixinə düşüb. Müdafiəçi komandanın Premyer Liqada 400-cü qoluna imza atıb. Bu matçadək “qırmızı-qaralar” ölkə çempionatının yüksək dəstəsində 399 dəfə fərqlənmişdi. 400-cü qol 331-ci matça təsadüf edib. Bu qollardan 212-si evdə, 188-i səfərdə vurulub.

“Qəbələ”nin bütün yubiley qolları
 

1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
 

100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
 

200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
 

300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4
 

400-cü qol – 2016/17 mövsümü
Tellur Mütəllimov – 19.03.2017. AZAL – Qəbələ - 1:1

0