SİZİN REKLAM BURADA

“Hər xal qızıla bərabərdi” – Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının XXIII turunda evdə “Qarabağ”la heç-heçə edən (0:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib.

 

“Qarabağ” çempionatın lideridi. Bu komandaya qarşı oynamaq çətindi. Ancaq oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Bu gün Zirədə tamamilə başqa atmosfer var idi. Biz də istəyirik ev oyunlarımızda stadion tamamilə dolsun. Qarşıda çətin oyunlarımız var. Bundan sonra həmin qarşılaşmalara hazırlaşacağıq”.

 

- Komanda daha əzmkar görünürdü. Bu nə ilə bağlıdı?

- Əvvəl də demişəm ki, çempionat sona yaxınlaşdıqca oyunlar daha gərgin keçəcək. “Neftçi”yə qalib gəlsək də, “Kəpəz”ə məğlub olmuşduq. Hər xal qızıla bərabərdi. Bizdə qış fasiləsindən sonra hər oyunda istək var. Düzdü, həmişə komandadan istədiyimizi ala bilmirik.

 

- Sistemdə dəyişiklik etmişdiz. Bu, təkcə “Qarabağ”la oyun üçün idi, yoxsa gələcəkdə də bu cür dəyişikliklər olacaq?

- Hər məşqçinin futbola fərqli baxışı var. Bəzi məşqçilər var ki, hər rəqibə qarşı eyni taktikadan istifadə edirlər. Bu oyunda rəqibə sürpriz etmək istədik. Qarşıdakı matçlarda da sistemi dəyişə bilərik. Əsas odu ki, bu seçimdə yanılmadıq.

 

- Artıq neçənci dəfədi “Zirə”nin oyunçuları meydanda mübahisə edirlər...

- Oyun vaxtı belə şeylər olur. Ancaq bu, mübahisə deyil. Məncə, birinci dəfə idi.

 

- Növbəti turda sizi “Qəbələ”ylə oyun gözləyir...

- Bizim üçün adi oyundu. “Qəbələ” liderlərdən biridi. Çətin olacaq. Ancaq çalışacağıq ki, xal götürək.

 

- Millinin oyunlarıyla bağlı 10 günlük fasilə olacaq. Bu, komandaya necə təsir edəcək?

- Bu, bütün dünyada var. Əksinə, “Qəbələ” ilə vacib oyun öncəsi bu cür fasilənin olması yaxşıdı.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6

Sumqayıt

23

6 7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

 AZAL

23

1

7

15

10-37

10

               

 

Top 10
Sizin reklam burada
150x220