[b]Əvvəlcə Löv, sonra Prosineçki[/b]
19.03.2017 - 21:12
[b]Əvvəlcə Löv, sonra Prosineçki[/b]

DÇ-2018-in seçmə mərhələsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə qonaqların çalışdırıcısı Yoahim Löv media mənsubları qarşısına daha əvvəl çıxacaq.

 

25 mart

Almaniya milli komandası

Saat 17:00. Mətbuat konfransı

Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

25 mart 

Azərbaycan milli komandası

Saat 19:30. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0