[b]Balanslaşan rəqabət: 10-10-10[/b]
20.03.2017 - 00:01
[b]Balanslaşan rəqabət: 10-10-10[/b]

Azərbaycan Premyer Liqasının XIII turunda AZAL “Qəbələ”ni qəbul edib. Apasport.az saytının məlumatına görə, görüş iki komanda arasında 30-cu çempionat matçı olub.

 

Maraqlıdır ki, geridə qalan 30 oyunun 10-unda AZAL, 10-unda “Qəbələ” qalib gəlibsə, bugünkü qarşılaşma ilə bərabər 10 oyun da bərabərliklə başa çatıb. Komandalararsı top fərqi də çox cüzidir.

 

Nuqzar Kvirtiyanın son dəqiqələrdə Bezotosnının qapısından keçirdiyi top “təyyarəçilər” üçün “Qəbələ” qarşısında 35-ci idisə, Tellur Mütəllimov bu rəqabətdə “qırmızı-qaralar”ın 34-cü qolunu vurub.

 

Bəhs etdiyimiz görüşdə AZAL üçün uğursuz seriyaya da son qoyulub. Belə ki, Tərlan Əhmədovun komandası “Qəbələ” qarşısında 4 oyundan sonra qol sevinci yaşaya bildi.

 

Qeyd edək ki, bakılılar ardıcıl 3-cü ev oyununda da məğlub olmayaraq, başqa bir uğurlu ənənəyə davam ediblər.

0