[b]Yığmamıza 18 futbolçu çağırıldı[/b]
22.03.2017 - 10:05
[b]Yığmamıza 18 futbolçu çağırıldı[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyada təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, millimiz sabahdan etibarən hazırlığa start verəcək.

 

Martın 27-dək davam edəcək toplanışa 18 futbolçu dəvət edilib. Onlardan yalnız 2-si ölkə xaricində çıxış edir ki, bunlar “Beşiktaş”ın formasını geyinən oyunçulardı.

 

U-19-un heyəti: Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Süleyman Əhmədov, İsmayıl Babayev (hər ikisi “Sumqayıt”), Əli Sadıxov, Fərid Nəbiyev (hər ikisi “Qəbələ”), Məmməd Hüseynov, Əsgər Hüseynov, Famin Əliyev (hamısı “Qarabağ”), Hüseyin Seylığlı, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə) 

0