[b]“Real” yeni qapıçısını tapdı[/b]
22.03.2017 - 11:42
[b]“Real” yeni qapıçısını tapdı[/b]

Qapıçı axtarışlarını davam etdirən “Real” Keylor Navasın yerinə yeni namizəd tapıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” “Lester”in qolkiperi Kasper Şmeyxelə “elçi düşüb”.

 

Tibo Kurtua və David de Xeadan müsbət cavab almayan madridlilər indi də Şmeyxelin Navası ehtiyata atacaq səviyyədə olduğunu düşünürlər. Danimarka millisinin üzvünün Çempionlar Liqasının 1/8 final mərhələsində “Sevilya”ya qarşı sərgilədiyi oyunlar “Real” rəhbərliyinin diqqətini çəkib. İspaniya nəhəngi məsələ ilə bağlı qarşı tərəflə danışıqlara start verib.

 

Qeyd edək ki, Kasper Şmeyxel “Lester”ə 2011-ci ildə “Lids”dən keçib.

0