[b]Cüdoçularımız Qazaxıstanda hazırlaşır - FOTOSESSİYA[/b]
22.03.2017 - 14:50
[b]Cüdoçularımız Qazaxıstanda hazırlaşır - FOTOSESSİYA[/b]

Cüdo üzrə Azərbaycan millisi Qazaxıstanda təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, cüdoçularımız baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

 

Yığmamızın qarşısına gələn ay Polşada baş tutacaq Avropa çempionatı və may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında medallar qazanmaq vəzifəsi qoyulub.

 

Qazaxıstandakı hazırlıqlarda komandamızın aparıcı üzvləri Orxan Səfərov, Nicat Şıxəlizadə,  Rüstəm Orucov, Elmar Qasımov, Elxan Məmmədov, Hidayət Heydərov və digərləri iştirak edirlər.

0