[b]Donnarumma üçün 150 milyon...[/b]
22.03.2017 - 17:53
[b]Donnarumma üçün 150 milyon...[/b]

Klaudio Bravo və Villi Kabalyerodan məmnun qalmayan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni qapıçı axtarışlarını davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis rəhbərlikdən yayda 2 qolkiper alınmasını tələb edib.

 

“Şəhərlilər”in maraq dairəsində olan oyunçulardan biri də “Milan”lı Canluici Donnarummadı. İngiltərə klubu bu keçid müqabilində “rossonyerlər”ə hətta 120-150 milyon arası məbləğ ödəməyə də hazırdı. Klub rəhbərliyi də Donnarummanı özlərinə ən ideal variant hesab edir.

 

Qeyd edək ki, 18 yaşlı Canluici Donnarumma 2015-ci ildən peşəkar futbolçu kimi “Milan”ın formasını geyinir.

0