Bundesliqa klubunda ciddi itki: Mövsümü başa vurdu
22.03.2017 - 19:10
Bundesliqa klubunda ciddi itki: Mövsümü başa vurdu

“Bavariya” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Münhen klubu braziliyalı oyunçu Duqlas Kostanın xidmətindən məhrum olub.

 

Almaniya mətbuatında qeyd edilir ki, məşqlərin birində sol dizindən zədə alan yarımmüdafiəçinin vəziyyəti ağır olduğu üçün əməliyyata ehtiyac yaranıb. Bu isə onun mövsümü erkən başa vurması deməkdir.

 

Qeyd edək ki, hazırda Bundesliqada liderlik edən “Bavariya” Çempionlar Liqasında da qələbə uğrunda mübarizə aparır. 

0