6 nəhəngin bir hədəfi
22.03.2017 - 22:26
6 nəhəngin bir hədəfi

Mövsümün sonunda “Şalke” ilə müqaviləsi başa çatacaq Saed Kolaşinats Avropanın nəhəng klublarının diqqət mərkəzindədi. Apasport.az saytının məlumatına görə, Helzenkirhen təmsilçisi ilə razılığa gələ bilməyən bosniyalı müdafiəçi yayda azad agentə çevriləcək.

 

Onun xidmətində “Milan”, “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Yuventus”, “Roma” kimi nəhəng klublar maraqlıdı.

 

Almaniyanın “Bild” nəşrində gedən xəbərdə həmçinin, sözügedən klubların Saedin “Şalke” rəhbərliyindən tələb etdiyi illik ən azı 3 milyon avro maaş təklifiylə razılaşdıqları qeyd edilib.

 

Qeyd edək ki, sol cinah müdafiəçisi 2012-ci ildən “Şalke”nin şərəfini qoruyur.

0