[b]“Qarabağ” hər kəsi qabaqlasa da, “100-lüy”ə düşə bilmədi[/b]
23.03.2017 - 00:00
[b]“Qarabağ” hər kəsi qabaqlasa da, “100-lüy”ə düşə bilmədi[/b]

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasında baş tutan 1/4 final oyunlarından sonra cədvəldə son dəyişikliklər tamamlanıb.

 

Qitənin ali futbol qurumu siyahıya 453 klubun adını daxil edib ki, onların arasında 7 Azərbaycan komandası da var.

 

Təmsilçilərimizin arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdamlılar 18.050 xalla 106-cı sırada qərarlaşıb.

 

9.800 reytinq xalına sahib “Neftçi” 162, 7.800 xalı olan “Qəbələ” 185, 6.050 xalla “İnter” isə 229-cu sırada yer alıb.

 

279-cu pillədə məskunlaşan “Xəzər Lənkəran”ın 4.550, 289-cu “Kəpəz”in 4.050, 308-ci “Bakı”nın isə 3.800 reytinq xalı var.

 

Qeyd edək ki, cədvələ “Real” başçılıq edir. Madridlilərin 166.371 reytinq xalı var. İkinci yerdəki “Bavariya” 154.842, üçüncü “Barselona” isə 150.371 xala sahibdir.

 

 

 

 

 

12/13

13/14

14/15

15/16

16/17

Pts

106. Qarabağ

0.600

2.000

5.725

3.875

5.850

18.050

162. Neftçi

3.600

1.500

2.225

1.125

1.350

9.800

185. Qəbələ

0.600

0.500

0.975

2.875

2.850

7.800

229. İnter

1.100

1.000

1.225

1.875

0.850

6.050

279. Xəzər Lənkəran

1.100

1.000

0.725

0.875

0.850

4.550

299. Kəpəz

0.600

0.500

0.725

0.875

1.350

4.050

308. Bakı

0.850

0.500

0.725

0.875

0.850

3.800

 

0