[b]Renat Dadaşov Almaniya ilə oyun haqqında danışdı[/b]
23.03.2017 - 00:43
[b]Renat Dadaşov Almaniya ilə oyun haqqında danışdı[/b]

“Hər kəs məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın yeni üzvü Renat Dadaşov deyib.

 

Daha əvvəl Almaniyanın U-17 millisinin şərəfini qorumuş oyunçu soykökü ilə bağlı olduğu ölkənin yığmasını seçərək əvvəlki komandasına qarşı mübarizə aparacaq.

 

Dadaşov “CBC Sport”a verdiyi açıqlamasında qarşıdakı matç haqqında danışıb: “Düşünürəm ki, düzgün qərar qəbul etmişəm. Almaniya ilə oyunu səbrsizliklə gözləyirəm. Əgər öz oynumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək”.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

0