[b]8 il sonra yenidən üz-üzə[/b]
23.03.2017 - 01:22
[b]8 il sonra yenidən üz-üzə[/b]

Azərbaycan kubokunun yarım final mərhələsində “Qəbələ” “İnter”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu iki komanda arasında kubok oyunları çərçivəsində üçüncü qarşılaşma olacaq.

 

Kubokda yolları ikinci dəfə kəsişən komandaların ilk dueli 8 il əvvəl baş tutub. İndiki kimi 2008/09 mövsümündə də rəqiblər yarımfinalda görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə mərhələ adlayan “İnter” olub.

 

Qeyd edək ki, tərəflər arasındakı top fərqi paytaxt təmsilçisinin xeyrinədi – 5:2.

0