[b]Almaniya yığması Verneri Bakıya gətirmir[/b]
23.03.2017 - 10:17
[b]Almaniya yığması Verneri Bakıya gətirmir[/b]

Almaniya millisi Bakıya itki ilə gəlir. Apasport.az saytının məlumatına görə, buna səbəb Timo Vernerin zədələnməsidi.

 

İngiltərə ilə dünən keçirilən yoxlama oyununda debüt edən hücumçu 1:0 hesablı qələbəyə sevinsə də, meydandan zədə üzündən ayrılıb. 77-ci dəqiqədə əvəzlənən futbolçunun düşərgədən ayrılmasına qərar verilib.

 

Əvəzində İngiltərəyə qarşı oynaya bilməyən Məsut Özil və Mario Qomes bu gün məşqlərə qoşulacaq. Baş məşqçi Yoahim Löv daha iki oyunçu – Sami Xedira və Yulian Drekslerin də bərpa prosesini arxada qoyub, məşqlərə başlayacağına ümid edir.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – Almaniya oyunu martın 26-da keçiriləcək.

0