[b]Yığmamız Krasnodar vilayəti ilə görüşəcək[/b]
23.03.2017 - 11:51
[b]Yığmamız Krasnodar vilayəti ilə görüşəcək[/b]

Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirində qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrup matçlarından sonra pley-offdakı cütlüklər bəlli olub.

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. Komandamızın rəqibi Krasnodar vilayətinin yığması olacaq.

 

Martın 24-də baş tutacaq matç Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

 

Qeyd edək ki, yığmamız B qrupunda Rumıniyaya 1:4, Rusiyaya 0:1 hesabı ilə uduzub, Belarusla heç-heçə edib – 1:1. Bu nəticə ilə komandamız qrup sonuncusu olub.

0