[b]“Almaniya həmişə favoritdi” – Robert Prosineçki[/b]
23.03.2017 - 13:24
[b]“Almaniya həmişə favoritdi” – Robert Prosineçki[/b]

“Almaniya həmişə favoritdi. Biz isə ancaq mübarizə apara, bacardığımızın ən yaxşısını göstərməyə cəhd edə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiyalı mütəxəssis DÇ-2018-in Almaniya ilə martın 26-da keçiriləcək seçmə oyunu haqda fikirlərini açıqlayıb: “Bizim üçün ən yaxşısı o olardı ki, almanlar matçdan sonra oyunun asan alınmadığını söyləsin. Bu qarşılaşma Azərbaycan üçün əsl tamaşa olacaq. Əgər biz uduzmasaq, bütün ölkə sevincdən coşacaq. Əksər azarkeşlər elə hesab edir ki, artıq biz Rusiyada keçiriləcək final mərhələsindəyik. Amma hələ bu haqda danışmaq tezdir”.

 

Qeyd edək ki, Azərbaycan yığması 4 oyundan sonra 7 xal toplayıb.

0