[b]Bundestimə qarşı 5-ci duel: İlk dəfə Foqtssuz[/b]
23.03.2017 - 14:01
[b]Bundestimə qarşı 5-ci duel: İlk dəfə Foqtssuz[/b]

Azərbaycan millisi növbəti oyununda Almaniya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, martın 26-da keçiriləcək görüş rəqiblər arasında 5-ci duel olacaq.

 

Bundestimlə ilk duelimiz 8 il əvvəl baş tutub. DÇ-2010-nun seçmə mərhələsində Bakının qonağı olan almaniyalılar 2 cavabsız qolla qalib gəlmişdi. Bir ay sonra Hannoverdə keçirilən qarşılaşmada isə meydan sahibləri amansız olmuşdu – 4:0.

 

Növbəti seçmə mərhələdə - AÇ-2012-yə gedən yolda da millimiz Almaniyaya rəqib olub. Ssenari isə dəyişməz qalıb. Bakıda qonaqlar iki top fərqi ilə qələbə qazanıb, səfərdə isə yığmamız darmadağına üzülüb. Amma son iki görüşdə futbolçularımız da qol sevinci yaşayıb.

 

Maraqlıdı ki, Almaniyanın qələbəsi ilə başa çatan bu 4 oyunun hamısında yığmamızı bu ölkədən olan Berti Foqts çalışdırıb. Bu 4 matçda 2 qol vuran komandamız 15 top buraxıb. Səfərdə böyükhüsaablı, evdə 2 top fərqli yenilgilərə öyrəşən millimiz ilk dəfə almaniyalı baş məşqçisi olmadan Bundestimlə qarşılaşacaq. Xorvatiyalı Robert Prosineçki mənfi tendensiyalara 5-ci dueldə son qoymağa ümidlidi.

 

Azərbaycan yığması Almaniyaya qarşı

12 avqust 2009. Bakı. DÇ. Azərbaycan - Almaniya - 0:2
9 sentyabr 2009. Hannover. DÇ. Almaniya - Azərbaycan - 4:0
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1
7 iyun 2011. Bakı. AÇ. Azərbaycan – Almaniya - 1:3

 

0