“Rəvan”, “cəzalı” legioner və “Zaqatala”
23.03.2017 - 15:25
“Rəvan”, “cəzalı” legioner və “Zaqatala”

Azərbaycan çempionatının I divizionunun XXI turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda yaşanan anlaşılmazlığa aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qonaq komandanın cəzalı futbolçudan yararlandığı ehtimal olunsa da, Peşəkar Futbol Liqası bunun əksini açıqlayıb.

 

Məsələ ondadı ki, “Zaqatala” danışılmış oyunlarda iştirak üzündən yarışdan kənarlaşdırılan “Rəvan”ın milliləşən legioneri Tagim Novruzovu heyətinə qatıb. Rusiyalı futbolçu yeni klubuna azad agent statusu ilə keçib.

 

Novruzov XIX turun MOİK-lə matçında qırmızı vərəqə aldığı üçün bir oyunluq cəza alıb. Onun cəzasının rəsmiləşdiyi iclasda “Rəvan” çempionatdan xaric edilib. Bu üzdən də futbolçunun cəzasınin XX turda silinmədiyi ehtimal edilirdi. Çünki “Rəvan”ın oyunu baş tutmayıb.

 

Amma PFL-dən verilən məlumata görə, XX turun görüşü baş tutmasa da, oyunçunun cəzası silinib. Məhz buna görə də legioner “Zaqatala”ya keçdikdən sonra yeni klubu onu dərhal meydana buraxıb.

 

0