“Olimpiakos”da yeni baş məşqçi
23.03.2017 - 16:47
“Olimpiakos”da yeni baş məşqçi

Yunanıstanın “Olimpiakos” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Türkiyə “Beşiktaş”ına uduzan Pirey təmsilçisi Vasilis Vuzasla da yollarını ayırıb.

 

Ayın əvvəlində Paulu Bentunun vəzifələrini müvəqqəti üzərinə götürən Vuzas cəmi iki həftə postunda qalıb. Onu Takis Lemonis əvəzləyib.

 

Qeyd edək ki, 57 yaşlı Lemonis 2000-02 və 2006-08-ci illərdə də “Olimpiakos2a rəhbərlik edib.

 

0