[b]Millimiz dünyanın 57-cisi ilə qarşılaşacaq[/b]
23.03.2017 - 17:58
[b]Millimiz dünyanın 57-cisi ilə qarşılaşacaq[/b]

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn ay keçiriləcək AVRO-2018-in seçmə oyunları ərəfəsində siyahıda ciddi dəyişiklik olmayıb.

 

Buna səbəb aparıcı ölkələrin heç bir matç keçirməməsidi. Elə bu üzdən də planetin 10 ən güclü komandasının nəinki mövqeyi, hətta xalları da dəyişməz qalıb.

 

Azərbaycan millisinin də mövqeyi və xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız planetin 10-cusudu.

 

Millimizin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərindən Macarıstan 1182 xalla 31-ci, Bosniya və Herseqovina 1133 xalla 38-ci, Albaniya 843 xalla 77-ci yerdə qalıb.

 

Yığmamızın yoxlama oyunlarında üz-üzə gələcəyi Moldova isə 950 xala malikdi. Rəqibimiz siyahıda 57-cidi.

 

İlk “onluq”

1. Braziliya - 1916

2. İspaniya – 1889

3. Rusiya - 1763

4. Argentina - 1706

5. İtaliya - 1619

6. İran - 1608

7. Portuqaliya - 1570

8. Ukrayna - 1483

9. Qazaxıstan - 1451

10. Azərbaycan – 1435

 

0