[b]Yığmamız Ukraynada beynəlxalq turnirə qatılacaq[/b]
24.03.2017 - 12:29
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Ukraynada beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Herson şəhərində baş tutacaq yarış aprelin 9-dan 13-dək davam edəcək.
Hələlik rəqiblərin tam siyahısı açıqlanmayıb.
Hazırda Mingəçevirdə təlim-məşq toplanışında olan komanda hazırlıqları martın 26-sı başa vuracaq. Məşqlər İslam Həmrəyliyi Oyunlarına hesablanıb.
0
0