SİZİN REKLAM BURADA

Azərbaycan Tiflisə 18 cüdoçu ilə yollanır

Martın 31-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarış üçün 38 ölkədən 263 (172 kişi, 91 qadın) idmançı sifariş olunub.

 

Turnirdə Azərbaycan da iştirak edəcək. Məşqçilər korpusu Tiflisdə əsasən ehtiyat qüvvəyə şans verəcək. Bu səbəbdən də yığmamızın heyətinə Sahib Əsgərov, Mehman Sadıqov (hər ikisi 60 kq), Emil Həsənov, İlkin Babazadə (hər ikisi 66 kq), Elvin Mustafayev, Telman Vəliyev (hər ikisi 73 kq), Rüfət İsmayılov, Afiq Səfərli (hər ikisi 81 kq), Əbdülhəqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Sənan Əhmədov (hər ikisi 100 kq), Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zayırova (57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova (hər ikisi 63 kq) və Günel Həsənli (78 kq) daxil ediliblər.

 

Qeyd edək ki, millimizin əsas heyəti Qazaxıstanda təlim-məşq toplanışındadı. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

27

18

5

4

44-13

59

2.

Qəbələ

27

14

10

3

47-19

52

3.

İnter

27

11

10

6

39-32

43

4.

Zirə

27

9

9

9

26-26

36

5.

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8 8

11

26-34

32

7.

Neftçi

27

9

2

16

23-43

29

8.

 AZAL

27

1

7

19

13-47

10

               

 

Top 10
Sizin reklam burada
150x220