[b]“Azərbaycan San Marino və ya Lixteynşetyn deyil” – Toni Kroos[/b]
24.03.2017 - 20:27
[b]“Azərbaycan San Marino və ya Lixteynşetyn deyil” – Toni Kroos[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Almaniya yığması artıq yola düşüb. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 17:40-da Düsseldorf şəhərindən çarter reysi ilə yola düşən bundestim gecə saatlarında paytaxtımızda olacaq.

 

Almaniya millisinin məşqçi və oyunçu heyəti uçuşdan əvvəl yerli mətbuata qısa açıqlamalar veriblər. Daha çox aradakı saat fərqini və məsafəni qabardan qonaqlar istənilən halda qələbə üçün oynayacaqlarını bildiriblər.

 

“Yol uzundu, bu, həmişə problem yarada bilər, ancaq bizi təkcə qələbə qane edəcək. Azərbaycan San Marino və ya Lixteynşetyn deyil. Onların daha güclü olduqlarını düşünürəm” – deyə Toni Kross fikirlərini bölüşüb.

 

Müdafiəçi Hummles isə işlərinin asan olmayacağını, ancaq diqqətli olacaqları halda lazımi nəticəni əldə edə biləcəklərini bildirib.

0