[b]Almaniya millisi Bakıda - VİDEO[/b]
24.03.2017 - 22:56
[b]Almaniya millisi Bakıda - VİDEO[/b]

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır. Apasport.az saytının məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestimi gətirən təyyarə təxminən 5 saat yarımlıq uçuşdan sonra Heydər Əliyev adına Hava Limanında eniş edib.

 

Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları “Boulvared Hotel”ə yollanıblar.

 

Almaniya yığması Bakıdakı yeganə məşqinə sabah saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

 

0