[b]“Barselona” Premyer Liqa çempionunu istəyir[/b]
25.03.2017 - 10:02
[b]“Barselona” Premyer Liqa çempionunu istəyir[/b]

“Lester”in yarımmüdafiəçisi Riyad Mahrez İspaniyaya köçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, əlcəzairli futbolçu “Barselona”nın maraq dairəsindədi.

 

Kataloniya klubu 26 yaşlı oyunçunun keçidi ilə bağlı qarşı tərəflə ilkin danışıqlar da aparıb. “Lester” rəhbərliyi öz növbəsində Mahrezin transferinə razılıq verib. Ancaq Premyer Liqa çempionunun bir şərti var: əvəzində 40 milyon funt-sterlinq ödəyin. İspanlar “Lester”in bu məbləğdə endirim etməsinə çalışır.

 

Qeyd edək ki, Riyad Mahrez “Lester”ə 2014-cü ildə “Le Havr”dan keçib.

0