[b]UEFA nümayəndəsini Bakıya göndərir[/b]
25.03.2017 - 13:27
[b]UEFA nümayəndəsini Bakıya göndərir[/b]

UEFA gələn ay öz nümayəndəsini Bakıya göndərəcək. Apasport.az saytının məlumatına görə, məqsəd ölkəmizdə keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin II qrupunun oyunlarına nəzarət etməkdi.

 

Aprelin 7-11-də paytaxtımızda təşkil ediləcək əsas seçmə mərhələ matçlarının hakimləri açıqlanmasa da, UEFA nümayəndələrindən biri artıq bəllidi. Bu, Ukrayna futzal yığmasının sabiq baş məşqçisi Gennadi Lisençukun oğlu Sergey Lisençukdu. 45 yaşlı Lisençuk 2015-ci ildə peşəkar hakimlik karyerasını başa vuraraq, UEFA nümayəndəsi kimi çalışmağa başlayıb.

 

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək II qrupun oyunlarında Azərbaycan, Macarıstan, Albaniya, həmçinin Bosniya və Herseqovina yığmaları üz-üzə gələcəklər.

0