[b]“Rəqib hər dəfə bu qədər fanat önündə oynayır” – Rahid Əmirquliyev[/b]
25.03.2017 - 19:54
[b]“Rəqib hər dəfə bu qədər fanat önündə oynayır” – Rahid Əmirquliyev[/b]

“Rəqib güclü komandadı, dünya çempionudu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyev deyib.

 

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya yığmasını qəbul edəcək.

 

Əmirquliyev Bundestimlə görüşün çətin keçəcəyini qeyd edib: “Matça yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik. Mən də çox danışmağa ehtiyac duymuram. Sabah meydanda özümüzü göstərməliyik”.

 

- Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?

- Azarkeşin olması bizim üçün əlavə motivasiyadı. Rəqib hər dəfə bu qədər fanat önündə oynayır. Bu mənada, bizim üçün daha böyük stimuldu. Çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək.

0